“RT ARABİAN” kanalında Azərbaycan, Rusiya və Ermənistan ekspertlərinin iştirakı ilə Qarabağda baş verən hadisələrlə bağlı debat təşkil olunub.
araz.az Demokrat.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev debatda Qarabağ münaqişəsi ilə bağlı son 30 ildə baş vermiş və hazırda bölgədə gedən proseslərlə bağlı ərəb auditoriyasına geniş məlumat verib.
Debat zamanı Ermənistan təmsilçisinin söylədiyi yalanlar yerindəcə ifşa olunub. C.Feyziyev ermənistanlı ekspertin Qarabağ ərazisini “müstəqil Arsax Respublikası” kimi təqdim etmək cəhdinə mane olaraq bunun heç bir hüquqi əsası olmayan və heç kim tərəfindən t
anınmayan qondarma cinayətkar qurum olduğunu tamaşaçıların diqqətinə çatdırıb.
Millət vəkili lokal xarakterli antiterror tədbirlərinin artıq başa çatdığını, qondarma qurumun ağ bayraq qaldırdığını və hazırda Qarabağda yaşayan erməni icmasının Azərbaycan cəmiyyətinə reintaqrasiyası ilə bağlı erməni icmasının nümayəndələri ilə görüşlər keçirildiyini bildirib.
C.Feyziyev ərazimizdə yaşayan erməniəsilli vətəndaşların bütün hüquqlarının və təhlükəsizliyinin təmin olunmasına Azərbaycan dövləti tərəfindən zəmanət verildiyini də vurğulayıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.