Bakı Şəhər Yaşıllaşdırma və Təsərrüfatı Birliyinin sabiq direktoru Həsrət Əmrahovun çalışdığı dövrdəki əməlləri – qanunsuz olaraq ağacların kəsilməsi barədə xəbər vermişdik.
Bu dəfə Həsrət Əmrahov işlədiyi dövrdə aldığı bahalı avtomobil barədə məlumat verəcəyik.

araz.az 32gun.az-a istinadən xəbər verir ki, sabiq direktor  “Land Rover Discoveri” avtomobili alıb.
Avtomobil H.Əmrahovun vəzifə başında olduğu vaxt – 14.02.2022 -ci il tarixdə rəsmi olaraq qeydiyyata alınıb.
Həmin tarixdən bugünədək  avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Tiblisi prospekti, 1058 məhəlləsi ev 34 a menzil 8 ünvanında qeydiyyatda olan 30.01.1970 ci il təvəllüdlü Əmrahova Aytən Nüsrət qızının adınadır.

Saytımıza  verilən digər  məlumata görə, Həsrət Əmrahov rəis işlədiyi dövrdəki sürücüsünü də özü ilə aparıb.
Maraqlısı bundadır ki, həmin sürücü idarə tərəfindən əvvəlki qaydada maaşla təmin olunur.
Bunua da indiki onun müavini olmuş 69 yaşlı “pensioner” rəis Mirdamət Seyidov göz yumur.
Xatırladaq ki, BŞİH-in başçısı Eldar Əzizovun əmrinə əsasən, bu ilin mart ayında  Həsrət Əmrahov tutduğu vəzifədən azad edilib.
Hazırda Həsrət Əmrahovu onun müavini olmuş 69 yaşlı Mirdamət Seyidov əvəzləyir. Direktor səlahiyyətlərinin icrası ona həvalə edilib.
Bildirək ki, Land Rover Discoveri” avtomobilinin bazar qiyməti təxminən 100 min manatdan çoxdur.

Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizovun işdən çıxardığı Həsrət Əmrahov bu qadının adına 100 minlik maşın alıbmış- Sürücünü də aparıb (FOTO)

araz.az xəbər portalı.

araz.az xəbər portalı.