Bu gün ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun doğum günüdür.
Düşmən əsarətində olan Dilqəmin 58 yaşı tamam olur.
Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma “məhkəmə”nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Onların Şuşa həbsxanasında saxlanıldığı bildirilir.
araz.az xəbər portalı.