“Onlarla dostluğun acı təcrübəsini bizim nəsillər XX əsrin əvvəlindən real yaşayıb. Odur ki, onlarla hazırda da, Qarabağda qalıb yaşacaqları halda ermənilərlə çox ehtiyatlı davranmaq gərəkdir…”
“Onları əllərində alət edən ruslar “Ermənistan” dövlətini qondarıblar, onlara Azərbaycanın daxilində muxtariyyət veriblər. Əslində ermənilər öz millətçiliklərini də alver, ticarət, kommersiya, qazanc vasitəsinə çeviriblər. Ona görə də tez-tez simalarını dəyişirlər”.
araz.az xəbər verir ki, bu fikri Moderator.az-a açıqlamasında müdafiə nazirinin sabiq müavini, sovet dövründə xeyli müddət Ermənistandakı qoşunların tərkibində yüksək hərbi vəzifələrdə çalışdığından hayların etnopsixoloji xarakterinə yaxşı bələd olan polkovnik Mehman Səlimov “Yəqin ki, artıq bundan sonra uzun müddət Azərbaycanın Yuxarı Qarabağ ərazisində ciddi mənada separatçı çıxışlar, çağırışlar eşitməyəcəyik?”. Sualını cavablandırarkən ifadə edib.
“Yadınızdadırsa, bir dəfə sizinlə söhbətimizdə soruşmuşdunuz ki, siz Ermənistanda işləmisiz, ermənilər necə bir toplum kimi tanımısız, mən də cavab vermişdim ki, erməni yaxşı millətdi, bu şərtlə ki, sən onun rəisi olasan. Bəli, güc qarşısında onlar baş əyəndirlər, onlar hər bir şəraitə uyğunlaşan, adaptasiya olunan buqələmun tipli bir toplumdur. Onların arxalarında güc olanda “mənəm-mənəm” deyib hay-küy qaldırmaqları ermənilərin guya qeyrətli, güclü millət olması demək deyil. Əslində onlarda qürur yoxdur. Bunların hadisələrə reaksiyası yaşayış tərzlərindən asılıdır. Çünki onlar ömürləri boyu köçəri, qaraçı olublar, gerçək dövlətləri olmayıb. Onları əllərində alət edən ruslar “Ermənistan” dövlətini qondarıblar, Azərbaycanın daxilində muxtariyyət veriblər. Əslində elə onlar öz millətçiliklərini də alver, ticarət, kommersiya, qazanc vasitəsinə çeviriblər. Ona görə də tez-tez simalarını dəyişirlər. Dünən qatı düşmən olduqları millətlə bu gün üzdə dostlaşıb həmin millətin hakimiyyətindən, nümayəndələrindən, varidatlarından faydalanmağı bacarırlar. Onlarla dostluğun acı təcrübəsini bizim nəsillər XX əsrin əvvəlindən real yaşayıb. Odur ki, ermənilərlə hazırda da, Qarabağda qalacaqları halda da çox ehtiyatlı davranmaq gərəkdir”,- deyə polkovnik vurğulayıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.