Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib. “Prius” markalı iki avtomobil toqquşub.
araz.az xəbər portalı avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Yavər Əliyev küçəsində baş verib.
Belə ki, dairədə hərəkətdə olan zaman 77-DM-310 dövlət nömrə nişanlı qırmızı “Toyota” markalı avtomobil sağdan ötmə əməliyyatını həyata keçirərkən 99-NT-406 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin yoluna çıxıb. Qırmızı “Prius” avtomobilini idarə edən xanım sürücü hal şahidlərinin sözlərinə görə günahkar olsa da, digər sürücüyə qarşı təhqiramiz ifadələr işlədib. Bununla kifayətlənməyən “qəhrəman xanım” ərazidə polis əməkdaşlarının olmasına baxmayaraq Avtosfer.az-ın çəkiliş heyyətinə mane olmağa çalışıb: “Mən jurnalistəm çəkmə qaqa”.
Qeyd edək ki, “həmkarımız” xanım sürücü, əgər siz jurnalistsinizsə bu addan istifadə etmək yerinə qaydalara əməl etməyiniz daha düzgün olar.
Nurlan SAKİTOĞLU.
araz.az xəbər portalı.