Qida, içki və tütün məhsullarının satışı ilə məşğul olan firmalar mağazalara xəbərdarlıq edib ki, oktyabrın 1-dən məhsulların qiymətləri 10%-dən 40%-ə qədər bahalaşacaq.
“Kommersant.az”ın Bakıda fəaliyyət göstərən mağazalardan əldə etdiyi məlumata görə, oktyabrın 1-dən etibarən qida, içki və tütün məhsullarının qiyməti bahalaşacaq. Mağaza sahibləri deyir ki, bu məlumatı onlara həmin məhsulların topdan satışı ilə məşğul olan firmalar öncədən xəbərdarlıq kimi deyib.
Əldə etdiyimiz məlumata görə, satışda olan bütün tütün məhsullarının qiymətləri deyilən tarixdən 15-20%. bahalaşacaq. Xəbərdarlıqda bildirilir ki, “Az-Granata”ya aid içki məhsullarının qiyməti də 30-40% artacaq.
Mağaza satıcıları deyirlər ki, bu qiymət artımı bəzi içki məhsullarına artıq indidən tətbiq olunmağa başlayıb. Belə ki, “Xan” brendi ilə satışda olan içki məhsulları mağazalara firmalar tərəfindən əvvəllər 6 manata satılırdısa, artıq bu gündən 9 manata satılır.
araz.az xəbər portalı.