Kərkicahan tamamilə boşaldılıb və hazırda Azərbaycan əsgərlərinin tam nəzarəti altındadır.
araz.az xəbər verir ki, bu barədə separatçıların qondarma “dövlət naziri”nin qondarma “müşaviri” Artak Beqlaryan məlumat verib.
O bildirib ki, kəndə bitişik Xankəndi məhlələri də “təhlükəsizlik səbəbi” ilə təxliyə olunub.
Qeyd edək ki, Kərkicahan Azərbaycanın Xankəndi şəhərinin inzibati ərazi vahidində şəhər tipli qəsəbədir. 10 noyabr 2020-ci il tarixində üçtərəfli razılaşmaya əsasən Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti nəzarətinə keçib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.