Xırdalan şəhərində yaşayan “maqnit qız” sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. “Xəzər” TV-nin xəbərinə görə, altı yaşlı Leyla Qasımova əlinə kağız, qaşıq, çəngəl və əşyaları yapışdırır.
Valideynləri qızın bu istedadından xəbərsiz olublar. L.Qasımovanın bu qeyri-adi bacarığını ilk qardaşı hiss edib. Leylanın atası Zaur Qasımov deyir ki, qızının bu hərəkəti ona maraqlı gəlib.
Z.Qasımovun sözlərinə görə, onlar ilk olaraq həkimə müraciət edəcəklər. Əgər qızın həyatına təhlükəli bir şey olmasa, onlar qızlarına bu istedadını inkişaf etdirməsi üçün kömək edəcəklər.
Qeyd edək ki, Leyla Qasımova 1-ci sinif şagirdidir.
[bt_youtube url=”https://youtu.be/nzFJFxHDo9E” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.