araz.az bildirir ki, qarğıdalı saçaqlarından çox faydalı müalicəvi və profilaktik çay hazırlamaq olar. Bu səbəbdən qarğıdalı alanda saçaqları atmayın, sağlamlığınız üçün istifadə edin.
Belə çayın bir çox faydalı xüsusiyyətləri var:
– Sidikqovucu təsirə malikdir – böyrəkləri, sidik yolları, sidik kisəsini təmizləyir, iltihabı azaldır.
– Arterial təzyiqin tənzimlənməsinə kömək edir, ödemləri azaldır.
– Qanda şəkərin səviyyəsini aşağı salır.
– Qaraciyərin fəaliyyətini yaxşılaşdırır, ödqovucu təsirə malikdir, öd kisəsində durğunluq proseslərini azaldır.
– Mübadilə proseslərini yaxşılaşdırır, iştahanı azaldır, arıqlamağa kömək edir.
– Sinir sisteminin fəaliyyətinə müsbət təsir edir, sakitləşdirir.
– Onkoloji xəstəlilərinin inkişafı riskini azaldır.
Çayı hazırlamaq üçün 1 ç.q. xırdalanmış qarğıdalı saçaqları götürülür, üzərinə 200 ml isti su tökülür, 30 dəqiqə ərzində dəmlənilir. Sonra çayı yaxşı süzün və gün ərzində 2 dəfə yarım stəkan olmaqla adi çay kimi için. Dadını yaxşılaşdırmaq üçün çaya bal və limon da əlavə edə bilərsiniz.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.