Səhər saatlarında evindən çıxan kişi küçədə uzunluğu 4 metr olan timsahla qarşılaşıb.

araz.az-ın xəbərinə görə, hadisə ABŞ-ın Florida ştatının Larqo şəhərində baş verib.

Jamarkus Bullard timsahı küçədə gəzərkən görüb.Timsahın ağzında meyiti görən zaman dərhal yaxınlıqdakı yanğınsöndürmə briqadasına xəbər verib və bir neçə dəqiqə sonra atəş səsləri eşidilib.

Timsahları ilə məşhur olan ABŞ-ın Florida ştatında uzunluğu dörd metrdən çox olan heyvan çənələrində cəsədi daşıyırmış. Kanala çatmağı hədəfləyən timsah yanğınsöndürənlər tərəfindən dayandırılıb.

Hadisə şahidi J. Bullard yerli mediaya deyib ki, timsahın ağzında cəsəd olduğunu görüb: “Xəbər verdim. Timsah kanala doğru gedirdi. Yanğınsöndürənlər onu sudan çıxarmağa başladı. Silah səsləri eşidilirdi”.

“New York Post” xəbər verir ki, Larqoda alliqatorların yaşadığı bir göl var. Florida ilə eyni qurşaqda yerləşən Mərkəzi Amerika ölkələrindən biri olan Kosta Rikada keçən ay həvəskar futbolçu çayda çimərkən timsahın hücumuna məruz qalıb və nəhəng heyvan ağzında cəsədlə üzərkən görüntülənib.

Onu da qeyd edək ki, Malayziyada dörd gündür itkin düşən kişinin cəsədi iyul ayında timsahın qarnından çıxarılıb. /reyting.az/


araz.az xəbər portalı.

araz.az xəbər portalı.