Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməni əsilli sakinlərin sayı 2906-a çatıb.
araz.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Qeyd olunub ki, insanların bütün gecəboyu keçidi baş tutub.
Saat 06:00-a olan məlumata görə, Qarabağın 2906 sakini Ermənistana daxil olub.
Xatırladaq ki, erməni əsilli şəxslərin Ermənistana sərbəst keçidi üçün şərait yaradılır.
Onlar özləri könüllü olaraq həm avtobuslarla, həm də şəxsi avtomobilləri ilə Qarabağı tərk edib Ermənistana gedirlər.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.