1517046344 celilabadCəlilabad rayon təhsilindən edilən saysız hesabsız şikayətlər və müraciətlər bu gündə səngimək bilmir. Yağışdan çıxıb yağmura düşən müəllimlər rayon təhsilində tənəzzül dövrü yaşandığını deyir. Bildirilir ki, Cəlilabad rayonunda yaşanan yeni dəyişikliklər özü ilə naşı və rüşvətpərəs kadırlar gətirib. Paytaxt.org-un elektron ünvanına müraciət edən cəlilabadlı ziyalılar rayon təhsilində baş verən haqsızlıqlardan və özbaşınalıqlardan şikayətçi düşüblər. Onların bildirdiyinə görə, Cəlilabad RTŞ -nin müdir əvəzi Hafiz Cavadov özünə məxsus “taktiki” dəyişikliklər edərək xərac toplamağa başlayıb. Hafiz Cavadov əvvəllər də əlaltılarının vasitəsilə 129 məktəb direktorunu istismar edilməsində sabiq RTŞ-nin müdirinə yaxında köməklik edib.Adı bir çox rüşvət olaylarında hallanan H.Cavadov müdir əvəzi olandan sonrada köhnə təcrübəsini işə salması hər kəsdə narahatlıq yaradıb.

Şikayətçilərin iddialarına görə 129 məktəb direktorunu RTŞ -yə çağırıb onun rəhbərliyində işləmək istəyənlərə yeni qiymətləri açqlayıb. Yeni müdir əvəzi kiçik məktəb direktorluğu 3 min böyük məktəb rəhbərləri isə işdə qalacağı halda 5 min verməlidir. Müqavilə ilə işləyən müəllimlərə gəldikdə isə, ayda 300 yüz manata işləmək istəyən müəllim cənab Cavadova 1000-1400 manat əvvəlcədən şirinlik verməlidir.
Bundan başqa şikayətçi ziyalılar iddia edir ki, Hafiz Cavadov kənd və rayon məktəblərində sinif komplektləri açdıraraq 1300 manat qarşılığında parallel siniflərin yaradılmasını da təşkil edir.
Yeni dəyişikliyə görə, indi artıq “aylıqlar” inzibati ərazi üzrə bir neçə direktor tərəfindən yığılaraq mərkəzə gətirilir…

Şikayətçilərin paytaxt.org-a etdiyi şikayətdə, əvvəllər kontingentindən aslı olaraq kiçik məktəblər 200, böyük məktəblər 500 verirdisə , indi 300-600 manat hesab qoyulub. Kontingentindən asli olaraq hər məktəb 3-5 texniki işçinin maaş kartına yazılan məvacibin də Hafiz Cavadova verilməsi nəzərdə tutulub. Bütün bunlar azmış kimi direktorlarlardan ayda 300- 500 manat və müqavilə ilə işləmək istəyən hər müəllimdən alınan 1300 manat pullar isə rayon İcra hakimiyyətidə məlum adama verilməsi də gündəmə gətirildiyi də bildirilib.

Növbəti sayda:

RTŞ –nınmüdir əvəzi Hafiz Cavadov müxalifətçiyə necə sığındı və onları birləşdirən səbəblər nədir…?
Şabanlı kənd orta məktəbinə Cavadovun qanundan kənar təyin etdiyi müxalifətçi direktorun keçmişi və bu günü…
Vaxtı ilə böyük maliyyə fırıldağında yaxından adı keçən Hafiz Cavadov rayon təhsil şöbəsindən işdən çıxarılmasına baxmayaraq necə vəzifədə qaldı…
Hafiz Cavadov hansı məktəb direkturlarından və müqavilə ilə işləmək istəyən müəllimlərdən nə qədər alıb…(adlarla tam siyahını dərc edəcəyik)

Cəlilabad rayon təhsilində hokum sürən bürokratiyadan dolayı yeyilən pulların sayı hesabı olmadığından və bunun arxasında duranın təkcə RTŞ müdir əvəzi olmadığı üçün son qərar əlbəttəki hüquqi qaydalardır . Ciddi araşdırmalar olsa H. Cavadovun əvvəldən bu günə qədər analoqu olmayan maliyyə fırıldaqlarının şahidi olaraıq.
Bu səbəbdən də narazı ziyalılar Prezidentə, və Baş Prokurora müraciət ediləcyini və PA-nın qarşısında etiraz aksiya keçirəcəklərini də etdikləri müraciətdə bildirirlər…

qarşı tərəfidə dinləməyə hazırıq
Paytaxt.org

araz.az xəbər portalı.