Samir Feyruz

Ermənilərin Qarabağdan Ermənistana köç etməsinə münasibətimiz tamamilə fərqli olmalıdır. İronik statuslar, qeyri-ciddi, aqressiv şərhlər, özünü “beyin mərkəzi” adlandıran qurumların rəhbərlərinin və əməkdaşlarının emosional, yersiz fikirləri, deputatların ənənəvi açıqlamaları ermənilərin  köç etməsinə strateji yanaşma sərgiləməyimizə əngəl törədir. Amma dövlət bütün bu yersiz çıxışlara ciddi yanaşmır, dövlət başqa cür düşünməlidir, neçə ki bu, belədir. Digər tərəfdən, kütlə psixologiyasının emisional ifadəsi də mütləqdir.

Bəs, ermənilərin köç etməsi Azərbaycanın strateji maraqlarına necə xidmət etməlidir?

İlk növbədə Qarabağda yaşayan erməni gənclərin köç etməsinə nail olmağa çalışmalıyıq. Qarabağda yaşlı nəsil ermənilər qalsa, bu, bizim perspektivli tariximiz üçün çox ciddi amil olacaq. Yaşlı nəsil ermənilər pensiya alacaq və onlar da 5, 10, 15 il sonra dünyasını dəyişəcəklər. Gənclər də olmayandan sonra Qarabağ, xüsusilə, Xankəndi ermənilərdən tamamilə təmizlənəcək. Təbii proses getməlidir. Biz, heç kəsi zorakı üsullarla Qarabağdan təmizləmirik.

Bəs, ermənilərin ideoloji mərkəzləri bütün bu strateji planları anlaya bilərmi? Şübhəsiz! O zaman, onlar erməni gənclərin Xankədini tərk etməməsi üçün hansı addımlar ata bilərlər? Əhəmiyyətli məsələdir. Xankəndidə azərbaycanlıların möhkəm genefondunu yaratmaq əsas streteji həddəflərimizdən olmalıdır. Hansı erməni qalmaq istəyirsə, qalsın, amma Azərbaycan qanunlarına tabe olmaq şərtilə… Qalmaq istəməyən isə tərk edəcək.

Mən düşünmürəm ki, ermənilər Qarabağa olan iddiasından birdəfəlik əl çəkəcəklər. Ona görə də onlar Qarabağda mümkün qədər ermənilərin qalmasını təmin etməyə çalışacaqlar. Sülh müqaviləsindən və Xankədində Azərbaycan bayrağı asılandan sonra bütün üfüqlər açıq görünəcək. Yuxarıda qeyd etdiyim məsələni də reallaşdırmaq üçün məhz bundan sonra əlimizdə bütün mümkün imkanlar səfərbər olacaq.

Samir FEYRUZOV,
Jurnalist, analitik.

araz.az xəbər portalı.