“Əsgəranda itkin düşənlər çox deyil, amma hərbçilər arasında itkilərimiz çoxdur”.
araz.az xəbər verir ki, bunu özünü Qarabağ bölgəsindəki Əsgəran yaşayış məntəqəsinin “meri” kimi təqdim edən separatçı Hayk Şamiryan deyib.
“Bütün ermənilər gedir. Əsgəran da gedir. Türklər artıq Əsgəranın 200 metrliyindədir. Əsgəran əhalisi tamamilə təxliyə olunanda mən də şəhəri tərk edəcəyəm. İnsanlar artıq gərginliyin son mərhələsinə çatıblar. Burada nə baş verdiyini heç kim təsəvvür edə bilməz. İnsan bunu öz dərisində hiss etməyənə qədər, bizim indi burada necə yaşadığımızı bilməz”, – deyə H. Şamiryan əlavə edib.
O, şəhərdə axtarış-xilasetmə işlərinin hələ də davam etdirildiyini bildirib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.