“Biz Rusiya Federasiyasını bu qanunsuz və təxribatçı fəaliyyətdən çəkinməyə çağırır, öz silahlı qüvvələrinin ölkədən çıxarılmasına sözsüz əməl etməyə dəvət edirik”.
ARAZPRESS.COM xəbər verir ki, bunu Moldova baş naziri Pavel Filip BMT-nin 73-cü sessiyasında çıxışı zamanı deyib. Baş nazirin çıxışının mətnini mətbuat xidməti yayıb.
Baş nazir Rusiyanın ATƏT-in 1999-cu il İstanbul sammitində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinin vacib olduğunu bildirib.
Qeyd edib ki, bu, münaqişənin tənzimlənməsi və ölkənin reinteqrasiyası baxımından əhəmiyyət daşıyır.
Baş nazir həmçinin sessiyanın gündəliyinə xarici silahlı qüvvələrin Moldovadan çıxarılması məsələsinin daxil edilməsini istəyib: “Bu, məsələnin beynəlxalq ictimaiyyətin diqqətində olması üçün vacibdir”.
Xatırladaq ki, iyul ayında Moldova parlamentində 2018-2021-ci illəri əhatə edən Milli Müdafiə Strategiyası qəbul edilib. Sənədə əsasən, ölkənin təhükəsizliyi üçün təhdidlər arasında Dnestryanı ərazidə Rusiya qoşunlarının yerləşdirilməsi də göstərilir. /Cebhe.info/
araz.az xəbər portalı.