Asiyalıların sirri açıldı
Orta Asiya xalqlarının çaya 1 qaşıq kərə yağı saldığı suallar doğurub. Niyə məhz kərə yağı? Kərə yağı qatılmış “yağlı çayı” necə içmək olar?
araz.az orta asiyalıların sirrini “Milliyet.com.tr”yə istinadən təqdim edir. Saytın yazdığına görə, bu barədə Türkiyədə məşhur olan diyetoloq, qidalanma üzrə mütəxəssis Canan Karatay danışıb. Mütəxəssis bildirib ki, insanlar adətən çaya şəkər tozu, qənd parçası salıb, şirinləşdirərək içməyi sevir. Bu isə kökündən yanlışdır. Çaya şəkər əlavə etmək sağlamlıq üçün ziyandır. Orta Asiya xalqları isə çaya 1 çay qaşığı kərə yağı salır. Bunun faydalarını isə saymaqla bitmir. Yağlı çayın şəfa sirri nədədir? Canan Karatay bildirib ki, kərə yağı özlüyündə çox faydalı ərzaqdır. Kərə yağı, şəkərdən, süddən, müxtəlif dadlandırıcı qatqılardan dəfələrlə xeyirli və faydalıdır. Bir stəkan və ya bir fincan çaya 1 çay qaşığı kərə yağı salmaqla mədə rahatlanır.
Adətən mütəxəssislər nahardan sonra çay içməyi məsləhət görmür. Bildirirlər ki, yeməkdən dərhal sonra çay içildikdə bu, mədədəki qidanın həzmini çətinləşdirir. Lakin bu qadağa çaya kərə yağı salınarsa, qüvvədən düşür. Çünki kərə yağı ziyansızdır və ziyanlı çayı da faydalı hala gətirir. Çaya kərə yağı salınarsa istənilən vaxtında, o cümlədən də nahardan sonra içilə bilər. Çünki kərə yağı həzm prosesini asanlaşdıran, yüngülləşdirən xüsusiyyətlərə malikdir. C.Karatay da qatıldığı bir tv-proqramda çaya kərə yağı əlavə edilməsini məsləhət görüb və bağırsaqlara faydasından danışıb: “çayınıza kərə yağı əlavə edin. Bundan Orta Asiyada çox istifadə edilir. Qədimlərdə bu üsuldan çox istifadə edərdilər. Sonralar süni dadlandırıcılar ortata çıxdı, kərə yağı, təbii qidalanma arxa plana keçdi. Düzgün qidalanmayan insanlar da müxətlif xəstəliklərə tutuldular. Bütün xəstəliklərin mənbəyi mədədir. Mədəyə nə yollasaq, ona uyğun çalışıacaq, bağırsaqlar da mədəni təqib edəcək. Orta Asiyada bu üsuldan ta qədim zamanlardan istifadə edirlər. Bir vaxtlar çaya salmaq üçün şəkər yoxdu. İnsanlar kərə yağı salardı çayına. Kərə yağı həzmə kömək edir, bağırsaqların da florası bərpa olur və daha yaxşı fəaliyyət göstərir. Orta Asiyada, Monqolustanda belə edirlər. Çayı, qəhvəni şəkərsiz içmək məsləhətdir. Bizi kökəldən də, xəstələndirən də bu şəkərdir”. / “Sherg.az” /
araz.az xəbər portalı.
araz.az xəbər portalı.