“Paşinyanın avrointeqrasiya planları, ölkədə antiRusiya təbliğatı, Rusiya potranajında olan Ermənistanın da üzvü olduğu təşkilatların əhəmiyyətsizliyinin önə çıxarılması, Qərbin istəyinə uyğun olaraq Rusiyanın Ermənistandan çıxarılması üçün bütün mümkün proseslərə start verilməsi və son olaraq Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədər Beynəlxal Cinayət Məhkəməsinin prezident Vladimir Putinin həbsi haqqında qərarın icrasını mümkün edən “Rim statutu”nu Ermənistanın ratifikasiya etməsi, Rusiyanın Paşinyan hakimiyətinə qəzəb və nifrətini son dərəcədə artırıb”.  

araz.az xəbər verir ki, bunu hafta.az-a hüquqşünas, siyasi ekspert Vüqar Dadaşov Cənubi Qafqaz regionunun real geosiyasi vəziyyətinə uyğun olaraq, Rusiyanın Ermənistandan çıxma ehtimalı və burada qarşıdurmaların hansı istiqamətdə inkisaf edəcəyi ilə bağlı şəhrində bildirib.

Ekspert eyni zamanda qeyd edib ki, 2020 – ci il Vətən müharibəsindən sonra  Ermənistanda baş nazir Nikol Paşinyana qarşı münasibət mənfiyə doğru dəyişsə də ümumən əhali tərəfindən dəstəklənib. Məhz buna görə də müharibədən sonra keçirilən seçkilərdə Paşinyanın təkrar qələbə qazanması elə Ermənistandakı əhalisinin çoxluğunun dəstəyinə bağlı faktordur. Vətən müharibəsindən sonra Paşinyanın rəhbərliyi ilə həm diplomatik və həm hərbi müstəvidə Ermənistanın yeni-yeni uğursuzluğa uğramısı ona qarşı əhalinin münasibətinə pis təsir edib.

V.Dadaşov bildirib ki, Azərbaycanın sentyabrın 19-da başladığı bir günlük “lokal antiterror tədbirləri” Vətən müharibəsindən sonra yekun mərhələ kimi ən mühüm hərbi-siyasi nəticələrə səbəb olaraq. Onun sözlərinə görə, Qarabağdakı separtçı rejimin təslim olması, Paşinyan Ermənistanının Qarabağdakı separatçı rejimə hərbi dəstəkdən imtina etməsi, paralel olaraq müəyyən mənada Azərbaycanın maraqları ilə hesalaşması Rusiyaya görə Paşinyan hakimiyətinin devrilməsi üçün çox əhəmiyyətli vasitəyə çevrilib.

“Qarabağ separatçı rejimin Azərbaycanın tələblərinə tabe olması və Azərbaycana surətli inteqrasiya tədbirləri, Rusiyanın regionla bağlı Qarabağ kartını əhəmiyyətsiz hala gətirib. Hətta rus “sülhməramlılarının” Qarabağda həlak olması “vertalyot” hadisəsi kimi,  Azərbaycanın başladığı son prosesi, inteqrasiyanı dayandıra bilməyib. Ona görə də Putin hakimiyyəti Ermənistanda Paşinyanı devirmək üçün daha operativ hərəkət etmək məcburiyətindədir. Ancaq qeyd etdiyim kimi, qarşı tərəf Rusiyanın planlarından hali olduğu üçün Paşinyanın devrilməsinin qarşısını almaq üçün Qərb bütün resurslarını səfərbər edib. Əlbəttə ki, Paşinyana öz tərəfdarları təfindən də xəyanət ehtimalı çox yüksəkdir. Ancaq, görünən odur ki, Rusiya üçün Paşinyanı devirmək o qədər də asan deyil”.

Ekspert hesab edir ki, Putinin Paşinyanla bağlı planları ABŞ başda olmaqla Qərbə məlumdur və bu, Rusiya üçün “Paşinyan hədəfi”ni çox çətinləşdirir.

“İllərlə Ermənistanda yerləşən 2000-nə yaxın ABŞ səfirlik əməkdaşlarının fəaliyəti sözsüz ki, bölgəyə nəzarət, kəşfiyaf, labaratoriyalarla yanaşı Ermənistanın da Qərbə inteqrasiyası və Rusiyanın Cənubi Qafqazdan çıxarılması üzərində qurulub. Sentyabrın 11-20 tarixlərində ABŞ-ın Ermənistanda birgə təlimlərindən sonra hərbiçilərini çıxarmaması, İrəvanda Paşinyana qarşı əhalinin etirazlarının güclənməsi fonunda ABŞ konqresmenlərinin Ermənistana səfəri bir mənalı Paşinyan hakimiyyətinin qorunması və onun üçün Qərbin müəyyən etdiyi misiyanı başa çatdırmağa yardım etməkdir”.

V.Dadaşovun qənaəti budur ki, Paşinyanın Ermənistanda hakimiyətdə daha çox müddətdə durması Azərbaycan maraqlarına tam uyğun hesab edilir.

“Ermənistan Azərbaycan arasında əldə edilmiş razılaşmaların başa çatdırılması, icrası sözsüz ki, razılaşdırılmış müsbət nəticələrin də sıfırlanmasının qarşısını almaq üçün Ermənistanda Paşinyan hakimiyyətinin toxunulmazlığı əsas şərtlərdəndir. Ermənistan uğrunda ABŞ və Rusiya mübarizəsinin müəyyən müddətə uzanması Azərbaycan üçün ən arzuolunan prosesdir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.