Xankəndidə artıq fəaliyyəti dayanmış və təhvil-təslim prosesinə hazırlaşan separatçı rejim sənədləri yandırır.
araz.az publika.az-a istinadən  xəbər verir ki, bununla bağlı separatçıların keçmiş “rəhbərlərindən” biri, hazırda İrəvanda olan Samvel Babayan Ermənistanın İctimai TV-sinə müsahibəsində deyib.
Onun sözlərinə görə, separatçılar 1 milyard dramı mənimsəyiblər və onun sənədlərini yoxa çıxardıblar.
“Artıq heç kim heç bir yoxlama apara bilməz. Bütün arxivi yandırıblar, o cümlədən, “ordunun” sənədlərini də yandırdılar. 5 gündür Xankəndidə yanğın var. Bütün bunlar Ermənistanda araşdırılmalı, onlar (separatçıların hazırki və keçmiş “rəhbərliyi”) bura gələndə dərhal həbs olunmalıdılar”, – Babayan bildirib.
araz.az xəbər portalı.

araz.az xəbər portalı.