Xəbər verdiyimiz kimi, prokuror Şəmkirin vəzifə cinayətlərində ittiham olunan sabiq icra başçısı Alimpaşa Məmmədova 13 il həbs cəzası tələb edib.
araz.az Qaynarinfo-ya istinadən xəbər verir ki, dövlət ittihamçısı çıxışında keçmiş icra başçısının üzərinə həbs qoyulmuş əmlaklarının da gələcək taleyinə münasibət bildirib.
Prokuror deyib ki, təqsirləndirilən şəxsə verilmiş ittihamlar sübuta yetirilib və üzərinə həbs qoyulmuş əmlakların cinayət yolu ilə əldə edildiyi müəyyən edilib.
Bu əsasla A.Məmmədovun aşağıda qeyd olunan 2 milyon manatlıq əmlakının dövlət nəfinə müsadirə olunmalıdır:
1. “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat);
2. Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat)
Qeyd edək ki, istintaq dövründə A.Məmmədovun ailəsinə məxsus, bazar dəyəri 8 milyon manat qiymətləndirilən “AzForel” MMC-nin də üzərinə həbs qoyulmuşdu.
Növbəti prosesdə vəkillər ittihamçının çıxışına münasibət bildirəcəklər.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.