araz.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və onun törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin rəhbərliyi və kollektivi Bakı şəhərində inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər.
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı qələbənin, Zəfər tariximizin əbədiləşdirilməsi və şəhidlərimizin əziz xatirəsinə ehtiramın növbəti ifadəsi olan parkın girişindəki xatirə daşının önünə gül dəstələri düzülüb, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımız dərin hörmətlə yad edilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.