Respublikamızda qonaq olan İran İslam Respublikasınnın vətəndaşları – aşıq sənətinin, xüsusilə də Urmiya aşıq mühitinin araşdırıcısı, şar, “Yaz” nəşriyyatının rəhbəri Bəhram Əsədi və Zənganlı alim, professor Məhəmməd Rza Bağban 2018-ci il oktyabrın 1-də Azərbaycan Aşıqlar Birliyində olublar.
Birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ilə görüşən qonaqlar İrandakı aşıq mühitləri və apardıqları tədqiqatlar haqqında məlumat verib, Birliyin kitabxanasına öz əsərlərini təqdim ediblər. Öz növbəsində M.Qasımlı da Azərbaycan Aşıqlar Birliyinin fəaliyyəti ilə qonaqları tanış edib, onlara Birliyin nəşrlərini hədiyyə edib.
Qərara alınıb ki, gələcəkdə qarşılıqlı əlaqələr daha da genişləndirilsin, birgə tədbirlərin keçirilməsi istiqamətində işlər görülsün.
araz.az xəbər portalı.