Azərbaycana qarşı kəskin müharibə ritorikası səsləndirən, ölkəmizə məxsus sərvətlərin talan olunmasında iştirak edən Ruben Vardanyan Qarabağda həbs olunaraq əli qandallı Bakıya gətirilib.
Qarabağda olduğu dövrdə irqi, dini, etnik mənsubiyyətə görə cinayətlərə çağırış edən, eyni zamanda Azərbaycanı parçalamaq məqsədilə onun ərazisində fəaliyyət göstərən separatçılara rəhbərlik etmiş Ruben Vardanyanı nə gözləyir?
araz.az xəbər verir ki, tanınmış vəkil Cavad Cavadov “Yeni Müsavat”a deyib ki, Ruben Vardanyan qeyri-qanuni şəkildə Xankəndiyə daxil olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-ci maddəsini – Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) pozub.
O, Azərbaycan Respublikasının təbii sərvətlərinin qanunsuz istismarı ilə məşğul olub. Eyni zamanda, ətraf mühitə ziyan vurmaqla Cinayət Məcəlləsinin 247-ci maddəsini pozub.
“Onun cinayət tərkibli əməllərinə Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırış, separatçı qüvvələrə rəhbərlik, müharibəyə açıq çağırış kimi hərəkətlər daxildir. Onun minaların döşənməsində, silahların alınmasında rolu araşdırılmalıdır. Ruben Vardanyan 44 günlük müharibədə erməni hərbçilərin, eləcə də separatçıların silahlandırılmasında iştirakı ehtimalları da böyükdür. O, bizim onlarla, yüzlərlə hərbçimizin qanının tökülməsində iştirak etmiş şəxs hesab olunur. O, müharibə cinayətlərinə görə məsuliyyət daşıyır. Bu məlumatlar araşdırılmalı, fakt, sübut və dəlilərlə bərkidilməlidir. Bu halda Ruben Vardanyan uzunmüddətli cəzaya, hətta ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum oluna bilər”.
Vəkil deyib ki, Ruben Vardanyan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə mühakimə olunacaq:
“Yəqin ki, hüquq-mühafizə orqanları və Baş Prokurorluq bununla bağlı müvafiq qərar qəbul edəcək. Əminəm ki, onun cinayət işinin istintaqı obyektiv aparılacaq və ədalətli şəkildə mühakimə ediləcək, cəzaya çatdırılacaq”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.