Azərbaycanın həyata keçridiyi lokal antiterror əməliyyatları Ermənistanla sülh müqaviləsinin imzalanmasını da tezləşdirəcək. Bu günə qədər sülh müqaviləsinin imzalanmasının mümkün olmamasının əsas səbəblərindən biri Ermənistanın Qarabağda yaşayan ermənlərə status tələb etməsi idi. Ancaq həyata keçirilən lokal əməliyyatlar bu məsələni gündəmdən tamamilə sildi. Daha Qarabağda qondarma rejim yoxdur, ermənilər də əsasən məskunlaşdıqları Xankəndini sürətlə tərk edirlər. Ermənistan sülh müqaviləsinə imza atmağa məcbur olacaq.
2022-ci il oktyabrın 6-də Praqada keçirilən görüşdə Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımışdı. Bu görüşdən sonra verilən bəyanatla Azərbaycanın Qarabağ üzərindəki suveren hüquqları növbəti dəfə təsdiqlənirdi. Paşinyan ağıllı siyasətçidir və o başa düşürdü ki, Qarabağdakı rejimi o özü tərksilah edə bilməz. Əgər belə olarsa, öz ölkəsində xain kimi tanınacaqdı. Amma o, bizə lazım olanı verdi, ərazi bütövlüyümüzü tanıdı və rejimin məhv edilməsinin məsuliyyətini bizim üzərimizə qoydu. Bu məsələyə Azərbaycan nida qoymalı idi və qoydu. Məsuliyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin daş məntiqə əsaslanan tələblərinin Paşinyan və Ermənstan tərəfindən bundan sonra da yerinə yetiriləcəyi heç bir şübhə doğurmur. Sırada nə var?
– Sülh müqaviləsi – Azərbaycanla Ermənstan arasında demarkasiya və delimitasiya işləri aparılacaq
– Zəngəzur dəhlizinin açılması – Ermənstan da regional layihələrə qoşulacaq
Ermənstan sülh müqaviləsinə bundan sonra çox rahat şəkildə gedəcək. Daha ortada heç bir status, münaqişə və problem qalmır. Ermənistanın daxilində də proseslər aqressiv şəkildən çıxıb pozitiv mərhələyə qədəm qoyacaq. Bundan sonra Ermənistan öz ərazi bütövlüyünü saxlamaq və ölkənin inkişafına nail olmaq məqsədini güdməyə məcbur olacaq.
ABŞ Ermənistanda daha da güclənəcək, Paşinyanın hakimiyyətdə qalması üçün bütün effektiv tədbirlərdən istifadə edəcək. Heç şübhəsiz ki, bu situasiya ən çox Azərbaycanın maraqlarına xidmət etməli olacaq. Rusiyanın xarici işlər naziri Lavrovun “…. Ermənistan rəhbərliyinin bir çox nümayəndələrinin bəyanatlarından göründüyü kimi, onlar Birləşmiş Ştatlara arxalanırlarsa, onda yaxın tarixə, ABŞ-nin öz himayəsinə götürmək istədiyi şəxslərə necə münasibət göstərdiyinə nəzər salmaq yaxşı olardı” bəyanatı fikirlərimizi daha da möhkəmləndirir.
Hazırda tarixi anlar yaşayırıq. Bir neçə dəqiqə bundan əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib. Separatçıların “rəhbər”i Samvel Şahramanyan bununla bağlı “sərəncam” imzalayıb. Artıq Azərbaycanın daxili işlər orqanlarının qüvvələri Xankəndi şəhərinə daxil olub. Xankəndidə İctimai asayiş Azərbaycan polisi tərəfindən təmin ediləcək…
Samir FEYRUZOV

araz.az xəbər portalı.