Kliniki Tibbi Mərkəzə yeni mətbuat katibi təyin edilib.
araz.az xəbər verir ki, bundan sonra KTM-nin mətbuat xidmətinin rəhbəri postunu Ruzbeh Məmməd icra edəcək.
“Bu gündən fəaliyyətimi Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri olaraq davam etdirəcəyəm. Etimat göstərən kəslərə minnətdaram! Qeyd edim ki, KTM hazırda ölkənin ən yaxşı səhiyyə mərkəzlərindən biridir. Zamanla yenilikləri də sizlərə təqdim edəcəyəm”, – yeni mətbuat katibi bildirib.
Qeyd edək ki, Ruzbeh Məmməd bundan əvvəl müxtəlif mətbuat orqanlarında çalışıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.