Biz artıq neçə gündür Qarabağın erməni əhalisinin kəndlərdən və rayonlardan kütləvi şəkildə tələsik çıxarılaraq Ermənistana göndərildiyinin şahidiyik. Dünyanın bütün aparıcı TV kanalları və xəbər agentlikləri də Laçından çıxış nöqtəsi olan Kornidzor kəndinə və Gorus şəhərinə toplaşmışlar. Hər saat xəbərlərin manşetində yüzlərlə şəxsi avtomobil, yük maşınlarının və avtobusların insanları daşıdıqları kadrlar göstərilir. Bütün bunlar dünyanın aparıcı kanllarında və qəzetlərində etnik təmizləmə və genosid yorumları ilə də müşaiyət olunur.

Azərbaycan hökümətinin həm Ermənistan rəhbərliyinə və həm də yerli Qarabağ erməni liderlərinə tək mesajı yerli əhalinin qalıb yaşaması və onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təminatlar olmuşdur. Təhlükəsizlik qüvvələrinə verilən göstərişlər də tam bu məqsədlərə xidmət edir.

Bəs nəyə görə bu baş verir? O zaman erməni əhalisi niyə öz evlərini,kəndlərini tərk edir?  Burada çox sayda suallar ortaya çıxır. Təbii ki, Qarabağdakı nasist erməni qrupları Azərbaycanda yaşamağı Azərbaycana satılmaq kimi qələmə verib əhalinin çıxmalarını təbliğ edirlər. Burada  həm də həm 90—cı illərdə və həm 44 günlük savaşda əli qana batan ermənilərin də rolu vardır və onlar özlərinin  həbs ediləcəyini bildiyindən başqalarını da getməyə sövq edirlər.Bir çox ermənilər boynuna alır ki, yerli hakimiyyət bizə çıxıb getməyimizi dedi… O biriləri,panikadır,hamı çıxır mən də çıxıram, qorxu var. Qalmaq istəyəni qorxuzurlar ki, azərbaycanlılar  gəlib sizi öldürəcək.

Tutalım azərbaycanlılar ilə qonşuluqda yaşayan kəndlərdə belə qorxu ola bilsin, o zaman  böyük kəndlər və daxildə yerləşən kəndlər  niyə çıxır?.  Ermənistana gedən bir sıra erməni vətəndaşlar bombalama oldu , neçə gün zirzəmidə qaldıq deyir… Halbuki ki,onun dediyi kimi bombalama olsa da,o bir gün oldu. Amma 44 günlük savaş samanı hər gün döyüşlər gedirdi. Və Xocavendiin Tagaverd kəndinin yarısı Azərbaycan əsgərinin nəzarətində idi,3 m aralıda digər hissəsində isə erməni əhalisi öz evində yaşayırdı. Eynilə Şuşanın, Əsgəranın və ya Xocavendin digər kəndləri də bu durumda idi. Azərbaycan əsgəri kənddəki təpənin üstündə post qurmuşdu, erməni kəndliləır isə öz sahələrində çalışırdılar və heyvan otarırdılar. 44 günlük müharibə ilə bu 24 saatlıq əməliyyatın ölçüsü də müqayisə edilməz idi. Azərbaycan tərəfi də indi həqiqətən xoş məram göstərir.

Maraqlı burasıdır ki, bütün bu köc, “Qarabağdakı erməni əhalisinə birbaşa təhlükə yoxdur” deyən  Paşinyanın bəyənatından sonra başladı. Buradan belə çıxır ki, Paşinyana qarşı olan yerli Qarabağ hakimiyyəti yoxsa hansı qüvvələr bütün kəndlərin və o cümlədən, şəhərdə yaşayan ermənilərin çıxmasına göstəriş verib…

Düşünürəm ki, bu iş Azərbaycana qarşı planları olan xarici qüvvələrin təsiri ilə baş verir və ilk olaraq Fransa və ABŞ-dakı qüvvələr göz önünə gəlir. Burada Kosovo variantına bənzər əməliyyat önə çıxır.  Qarabağdan bütün ermıəni əhalisi çıxarılır və Azərbaycanın nə deməsindən asılı olmayaraq, Azərbaycan etnik təmizləmədə ittiham olunur və Beynəlxalq məhkəmələr işə salınır. Və Qarabağ ermənilərinin geri qaytarılması və beynəlxalq qüvvələrin və müşahidə missiyalarının altında yaşaması üçün formula hazırlanır.  Kosovoda olduğuna bənzər.  Bütün səylər beynəlxalq nəzarət altında Qarabağdakı ermənilərə özəl status verilməsinə yönəlir.  Düzdür, burada beynəlxalq qüvvələrin rusların iradəsi əleyhinə bölgəyə gəlməsi də indiki dönəmdə sual doğurur amma bütün bu risklər  nəzərə alınmalıdır..

USAİD direktoru və Prezident Baydenin kabinet üzvü Samanta Pauerin Gorusda verdiyi bəyənatlarda fakt toplama qruplarının bu istiqamətdə işlədiyi də bəlli oldu. O Azərbayan təhlükəszilik qüvvələrinin törətdiyi əməlləri və Azərbaycan hökümətinin bu işlərdə əli olması ilə bağlı şahid ifadələrinin toplanıldığını deyir. Bütün bunlar analiz edilib Amerika hökümətində bir qərara gələcəyik deyir. S.Pauerin erməni məsələsi ilə uzun illərdir məşğul olduğunu nəzərə alsaq, onun məsələni  ancaq bu istiqamətə yönləndirəcəyi haqqında heç bir şübhəm yoxdur.

Eynilə, Ermənistan Ombudsman offisi, erməni  İnsan hüquqları QHT-i və xaricdəki çox saylı erməni təşkilatları Avropada Fransanən dəstəyi ilə və Amerikada güclü erməni lobbi qrupları ilə bu məsələni ancaq və ancaq etnik təmizləmə və genosid maddələrinə uyğun istiqamətə döndərməyə çalışacaq və çalışırlar.

Hesab edirəm ki, bu iş BMT TŞ-ı qərarı əsasında olmasa da Fransa və ABŞ bu istiqamətdə digər strukturları işə salacaq. Avropada daha çox Avropa Birliyi təsisatları və çoxsaylı təzminat davaları ilə müşaiyət olunan Məhkəmə işləri ilə, Amerikada isə  Konqress vasitəsilə sanksiyalar müşaiyətilə anti-Azərbaycan Akt-ların qəbul edilməsinə çalışılacaq.  Onlar bu Məhkəmələrdə Rus sülhməramlı qüvvələrnə də işlər acacaq.

Azərbaycan cəmiyyəti,Azərbaycan höküməti indidən bütün ehtiyat tədbirləri görüb, çox sayda sənədli materiallar hazırlamalı və əks həmlələr və təşəbbüslər etməlidir. Artıq Qarabağ Azərbaycandır və çəkinəcəyimiz heç bir hal yoxdur.  Azərbaycan dövləti erməni əhalisinin getməməsi üçün təkrar müraciətlər etməli və gedənlərin də vəziyyət sabitləşən kimi öz evlərinə dönməsinə çağırmalıdır. Onlara hər cür şərait yaradılacağı vədləri verilməlidir. Əgər biz onların sərbəst  geri dönüb öz evlərində və ya başqa yerdə yaşamasına şərait yaratsaq, o zaman istənilən bəd niyyətli beynəlxalq təşəbbüsləri də dəf edərik.moderator)

Elxan MEHDİYEV,
Tədqiqatçı-alim

araz.az xəbər portalı.