Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Mətbuat xidmətinin məlumatına əsasən, araz.az bildirir ki,
ixrac boru kəmərlərinin mühafizə və müdafiəsini təmin etmək məqsədi ilə, 25 sentyabr, 2023-cü il tarixində, saat 11:19 radələrində, Tovuz rayon Əlimərdanlı kənd ərazisində CQ 378.2-ci km, BTC – 378, 709-cu km-də, mühafizə zonasından 15 metr aralı məsafədə, su arxının kənarında (adsız arx) bir-neçə ədəd şüphəli partlayıcı maddə aşkar edilib.

Aşkar edilən 5 ədəd 120 millimetrlik minaatanın (GVMZ-1) partlayıcısı, “ANAMA” agentliyinin mütəxəssisləri tərəfindən, zərərsizləşdirilməsi üçün, akt tərtib edilərək, ərazidən götürülüb. Bu zaman, ixrac neft və qaz boru kəmərlərinə, onun yerüstü infrastruktur obyektlərinə heç bir zərər dəyməyib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.