Üçüncü maliyyə rübündə Əfqanıstan valyutası 9% möhkəmlənib. İl ərzində əfqani təxminən 14% bahalaşaraq “Bloomberg”in qlobal siyahısında Kolumbiya və Şri-Lanka valyutalarından sonra üçüncü olub, araz.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Bu, Taliban hərəkatının yerli əməliyyatlarda dollar və Pakistan rupisindən istifadə etməyi qadağan etməsi sayəsində baş verib. Əfqanıstan hakimiyyəti həmçinin ABŞ dollarının ixracına məhdudiyyətləri sərtləşdirib və onlayn ticarəti qanunsuz elan edib. Buna görə Əfqanıstan sakinlərini həbs gözləyir.

Humanitar yardım və artan ticarət də Əfqanıstan valyutasını dəstəkləyir. Çin, Britaniya və Türkiyə şirkətləri dəmir və qızıl mədənlərinin işlənməsi üçün Əfqanıstanla bu ay 6.5 milyard dollarlıq müqavilə imzalayıb. Yanvar ayında Əfqanıstan hakimiyyəti Çin neft şirkəti ilə müqavilə bağlayıb.

Əfqanıstana mütəmadi olaraq humanitar yardımlar gəlir. Maliyyə izləmə məlumatlarına görə, BMT Əfqanıstana 1.1 milyard dollar yardım göndərib. BMT-nin hesablamalarına görə, bundan sonra ölkənin daha 3.2 milyard dollara ehtiyacı olacaq. Keçən il Əfqanıstana yardım üçün 4 milyard dollar ayrılıb.

Dünya Bankı Əfqanıstan iqtisadiyyatının 2025-ci ilə qədər 2-3% artacağını proqnozlaşdırır, lakin qlobal yardımın mümkün azalması səbəbindən ölkə bu artıma nail ola bilməz. Humanitar dəstəyin azalması Əfqanıstanda insan haqlarının sistematik pozulması ilə əlaqələndirilir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.