26 sentyabrda Bakıda keçirilən “27.Zoom Uluslararası Xeber Görüntüləri Yarışmasında” qardaş Türkiyə və Azərbaycan televiziya əməkdaşlarına mükafatlar təqdim olunub.
26 il Türkiyədə keçirilən bu yarışma ilk dəfədir ki, Türkiyədən kənarda – Azərbaycanda təşkil olunmuş və bu tədbirin davamı gələcəkdə türkdilli ölkələrdə keçirilməsi nəzərdə tutulub. Yarışda müharibələrdə, zəlzələdə, təbii fəlakətlərdə insan yaşantılarını əks etdirən xəbərlər, görüntülər, süjetlərə görə televiziya əməkdaşlarına mükafatlar təqdim edilib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Multimediya sektorunun müdiri Miraslan Bəkirli Dizi xəbər naminasiyası üzrə – 1937-ci ildə Qərbi Azərbaycanın Vedibasar bölgəsindən sürgün olunan Səttaruşağı nəslinin nümayəndəsi Əli Musa oğlunun həyatından bəhs olunan “Sürgün” filminə görə mükafata layiq görülüb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.