Şuşa şəhərində ilk yaşayış kompleksinin inşası bu ilin sonunda yekunlaşacaq.

araz.az xəbər verir ki, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda bildirib.

“Bundan sonra qısa müddətdə biz ilk olaraq 400-ə yaxın ailənin Şuşaya köçürülməsini təmin edəcəyik. Amma gələn il daha 17 min nəfər üçün nəzərdə tutulan yaşayış kompleksinin inşasına başlanılacaq. Prosesin qısa müddətdə yekunlaşmasına çalışacayıq”, – deyə o qeyd edib. /axar.az/

araz.az xəbər portalı.

araz.az xəbər portalı.