Ermənistan iddia edir ki, Rusiya telekanalları “dövlətin təhlükəsizliyini təhdid edir” və onlar bağlanmalıdır.
araz.az xəbər verir ki, bunu Ermənistanın “Mülki müqavilə” fraksiyasından olan hökumətyönlü deputat Lusine Badalyan deyib. Ancaq o özü etiraf edir ki, internet olduğuna görə, bu, istənilən effekti verə bilməz:
“Düşünürəm ki, bəzi addımlar atılacaq, çünki dövlətin təhlükəsizliyinə təhlükə yarananda bu, faydalı olub-olmamasından asılı olmayaraq edilməlidir”, – Ermənistan Milli Assambleyasının deputatı deyir.
Badalyan əlavə edib ki, ölkə hakimiyyəti bu məsələni uzun müddətdir müzakirə edir, lakin hələlik heç bir qərar verilməyib. /Ölkə.Az /
araz.az xəbər portalı.
araz.az xəbər portalı.