Biz kimik, öz dəyərimizi bilirikmi?
Azərbaycanın yeritdiyi siyasətin qazandığı tarixi uğurlarının və hansı xətt üzrə inkişaf perespektivinin masştabını əsl həqiqətdə anlayanlar çox azdır. Tariximizin son iki əsr geriləmə dövrünün bitməsi və şanlı tarix səhifəsini açmağımız əlbəttə ki, etnosumuzun kimliyinə qayıdışıdır.
Bəli, Azərbaycan xalqı qucaq açdığı xalqlaraın xəyanəti, etibarsızlığı ilə başına gələn bəlalara rəğmən belə öz humanistliyii, xeyirxaxlığını davam etdirir. Bu xalqın bəşər tarixi boyu yaratdığı iyirmidən çox imperiyalar elə bu xalqın qəhrəmanlığının danılmaz sübutudur.
Qədim tarixii fakları heç sadalamadan, təkcə 44 günlük Vətən müharibəsində tətbiq etdiyi yeni nəsil müharibə formulu-yeni müharibə anlayışı hansı ki, dünya güc mərkəzləri, nəhəng dövlətləri öyrənməyə başladılar, sübut etdiki bəli Azərbaycan xalqı hərb xalqıdır (bütün yardıcılığım boyu məğlub durumda olduğumuz zaman hərb xalqına çevrilməyimizin zəruriliyindən çox yazmışam).
Az qala otuz illik tariximizdə bizi bütün dünya Azərbayacan xalqını məğlubiyyətlə barışmağa təhrik etdiyi etdiyi halda bu qəhrəman xalq məğlubiyyətlə barışmadı, güc topladı və 2020 ci il 27 sentyabrda Azərbaycanın başladığı Vətən müharibəsini böyük sevinclə qarşıladı-alqışladı və vuruşmaq üçün yüminlərlə növbələr yaratması, heç bir sosial, siyasi çətinlik, fikir ayrılığına baxmayaraq Ali Baş komandan İlham Əliyev ətrafında mükəmməl birlik yartması, şəhid olan zaman dodaqlarında təbbəsüm əks etdirməsi, faktiki təkcə Ermənistan deyil-onu dəstəkləyən dövlətlər üzərində möhtəşəm qələbə qazanması ilə Azərbaycanın öz ərazi bütövlüyü, suverenliyini bərpa edərək özünün DÖVLƏTÇİ XALQ olduğunu sübut etdi.
Tarix unutmamlı, gələcək nəsillərimiz isə bilməlidir ki, Azərbaycan xalqı humanist, barışmaz, qəhrəman, hərb və dövlətçi xalqdır və bu hisslər millli kimliyimizin xüsusiyətləridir. Əzəmətli tarixi dövrün iştirakçısı və müasiri kimi, qeyd etməyə borcluyam ki, əslində ermənilərin, Ermənistan və onun havadarlarının Azərbaycan xalqına qarşı başladığı Qarabağ savaşını 1-ci, 2-ci Qararabağ müharibəsinə ayırmaq düzgün deyil.
Ermənistanın Azərbaycana qarşı müharibəni 1988-ci ildən açıq hərbi müstəvidə başladı və müharibə faktiki 20 sentyabr 2023-cü ilə kimi davam etdi və bu dövrün hər bir günüdə silahlar susmadı, elə bir gün, ay olmadı ki, Azərbaycan xalqı şəhid verməsin. Əlbəttə ki, bu müharibəni “30 illik müharibə” adlandırmaq olar. Nəhayət ki, Ali Baş Komandan, mahir sərkərdə Cənab İlham Əliyevin rəhbərliyi müzəffər Azərbaycan Ordusu tarixi qələbəsi qazandı və Azərbaycan xalqı qalib xalq kimi özünü təsdiqlilədi. Tariximizin şanlı səhifəsini davam etdirmək şansı isə gələcək nəsillərimizin payındadır. Unutmamalıyıq ki, Azərbaycan yeganə dövlətdir ki, ancaq öz tarixi əraziləri ilə həmsərhdir. ola bilsin ki, gəlcəyimizə yarımçıq qalan işlər saxlamadıq.
VÜQAR DADAŞOV.
Hüquqşünas, siyasi ekspert.
araz.az xəbər portalı.