Hazırda işğaldan azad edilmiş ərazilərdə rayon prokurorluqları və ərazi hərbi prokurorluqları onlar üçün müvəqqəti ayrılmış inzibati binalarda fəaliyyət göstərirlər.
araz.az xəbər veriir ki, bunu Trend-ə özəl müsahibəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq aparılmış təhlillər nəticəsində yeni inzibati binaların tikintisi zəruri olan rayon və ərazi hərbi prokurorlar müəyyən edilərək aidiyyəti dövlət orqanlarına təqdim edilib.
“Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluq orqanlarının əməkdaşları üçün xidməti evlərin tikilməsi istiqamətində də işlər görülməkdədir.
Təbii ki, bu işlər hər bir rayonun Baş Planı təsdiq edildikdən sonra həmin plana uyğun olaraq aparılır və hazır olduqca həmin binaların açılışı həyata keçiriləcəkdir.
Xüsusi qeyd olunmalıdır ki, bu işlərin həyata keçirilməsi cənab Prezident İlham Əliyevin prokurorluğa olan diqqət və qayğısı nəticəsində mümkün olur. Hazırda bir neçə rayon prokurorluğunun yeni inzibati binasının inşası aparılır. Belə ki, Pirallahı, Nəsimi, Nərimanov, Şəki, Kürdəmir rayon prokurorluqlarının yeni inzibati binalarının tikintisi həyata keçirilir. Yəqin ki, yaxın zamanlarda həmin binaların açılışları olacaqdır”, – deyə o, əlavə edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.