Azergold FullColour onlight Prt AZE 01

“AzerGold” açıq tender elan edir.

araz.az xəbər verir ki, elanda avtokran texnikasının icarəsi xidmətinin satın alınması nəzərdə tutulur.

Satınalma prosedurunda iştirak etmək istəyən təchizatçılar tender@azergold.az elektron poçt ünvanına və ya kağız daşıyıcıda yazılı şəkildə iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.

Elan əsasında iştirak etmək istəyən təchizatçılar əsas şərtlər toplusunu əldə etmək üçün aşağıda qeyd olunmuş sənədləri 06 oktyabr 2023-cü il saat 15:00-a qədər Tender Komissiyasına təqdim edilməlidir:

  1. Tenderdə iştirak üçün müraciət ərizəsi;
  2. İştirak edəcək təchizatçının Nizamnaməsi və ya Əsasnaməsi (rezident olduqda);
  3. Müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları barədə arayış:
  4. Tələb olunan işlər haqqında məlumat;
  5. İşlərin təhvil verilməsi şərtləri;
  6. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
  7. Vergi ödəyicisinin eyniləşdirmə vərəqəsi (VÖEN) (rezident olduqda);
  8. Satın alınacaq mal/material, iş və ya xidmətin xüsusiyyətindən asılı olaraq satınalma şərtlərində göstərilən tələblərə uyğunluq.

 

İlkin kvalifikasiyadan keçmiş təchizatçılar tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra əsas şərtlər toplusunu əldə edə bilərlər.

 

İştirak haqqı – 100 AZN

 

Benefisiar: “AzerGold” QSC

VÖEN: 1403467421

H/h: AZ71AIIB380100C9446440000210,

“Kapitalbank” ASC-nin Badamdar filialı,

bankın VÖEN-i: 9900003611,

KOD: 201207,

M/h: AZ37NABZ01350100000000001944,

SWİFT: AIIBAZ2XXXX.

 

Satın alınacaq Xidmətlərin siyahısı:

 

N Xidmətin adı NV-yə dair tələblər Miqdarı Ölçü vahidi
1 1 ədəd Avtokran texnikasının icarəyə götürülməsi -Yükqaldırma gücü 25 ton.

-Hündürlüyə qalxması (qusok ilə birlikdə) 48 metr

-Buraxılış ili 2019-2023

5 ay

 

  1. Nəqliyyat vasitəsi (NV) Daşkəsən rayonu, Çovdar İnteqrəolunmuş Regional Emalı sahəsində istifadə olunacaqdır. NV-in həmin əraziyə çatdırılması İcraçı tərəfindən həyata keçirilir.
  2. İcraçı Xidmətləri Sifarişçi tərəfindən yazılı qaydada sifariş verildikdən sonra 5 ay müddətində icra etməyi öz öhdəsinə götürür.

Təchizatçılar TMX 4-də göstərilən sənədləri, həmçinin tender təklifi və tender təklifinin təminatını möhürlənmiş, imzalanmış və ikiqat zərfdə 23 oktyabr 2023-cü il saat 15:00-a qədər “AzerGold” QSC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender üzrə təklif zərflərinin açılışı 24 oktyabr 2023-cü il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.

araz.az xəbər portalı.