FEFF2973 BA01 4D4E B55C 948207F72BB2

Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində qondarma qurum yaradan erməni separatçıları Şarl Aznavurun basdırılacağı günü matəm elan ediblər.

94 yaşında ölən erməni əsilli aktyor və diplomat Şarl Aznavurun həftə sonu Fransada basdırılacağı gözlənilir. Xatırladırıq ki, erməni ordusuna və separatçılara daim ruh, hərtərəfli dəstək vermiş Şarl Aznavurun torpaqlarımızın zəbt edilməsində “əməyi” elə də az olmayıb. Aznavur 1924-cü ildə anadan olmuş erməni əsilli fransız musiqiçi, aktyor və diplomat daha çox tenor səsi ilə məşhurluq qazanıb. Pop, caz və şanson janrlarında ifaları ilə də tanınıb. Musiqiçi tərəfindən 1.200 dən çox mahnı yazılıb və bu mahnılar səkkiz ayrı dildə ifa olunub. Yazılan və ifa edilən mahnıların günümüzə qədər 180 milyon nüsxə satıldığı bildirilir. Şarl Aznavur Fransanın ən məşhur müğənnilərindən biri hesab olunur. Gənclik illərində ifasına görə Fransanın Frenk Sinatrası adlandırılmışdır. Bu səbəblərə görədir ki, Qarabağ məsələsində də sözü daim keçərli olub.

araz.az

araz.az xəbər portalı.