Elşən Manafov: “Ermənistanın “etnik təmizləmə” kampaniyası ilə bağlı uydurmaları tamamilə əsassızdır”

araz.az baki-xeber.com-a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın Qarabağ bölgəsini tərk edərək öz istəkləri ilə Ermənistana gedən ermənilərin pis rəftara məruz qalmadığını açıqlayıb. Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Belani BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında çıxışı zamanı bəyan edib.

Daha sonra o, bunları əlavə edib: “Bilirəm ki, indiyədək qeydə alınan heç bir insident yoxdur. Heç bir pis rəftar halı qeydə alınmayıb. Bu, uzun yoldur, bu zaman tıxac insanlar üçün çətin vəziyyətdir. Amma azərbaycanlılar tərəfindən pis rəftar faktı qeydə alınmayıb”.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilir. Üstəlik, Azərbaycan mərkəzi hakimiyyəti Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasını istədiyini bəyan edib və Qarabağdakı erməni sakinlərə ərzaq paylayıb, tibbi yardım göstərib.

BMT rəsmisinin məlum açıqlaması Ermənistanın Qarabağdan “etnik təmizləmə” ilə bağlı apardığı saxta kampaniyaya növbəti zərbədii.

  • “Bu, dövlətimizin tolerantlıq və humanizm mövqeyinin hətta bizi istəmiyənlər tərəfindən rəsmi şəkildə etirafıdır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Elşan Manafovun fikrincə, Ermənistanın “etnik təmizləmə” kampaniyası ilə bağlı uydurmaları tamamilə əsassızdır: “Ermənistanin baş naziri Paşinyanin Qarabağdan başlanan erməni köçünə görə rəsmi Bakını “etnik təmizləmədə” qınaması fonunda BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İrəvandakı təmsilçisinin bəyanatı anlaşılandır. Ali Komissarlığın İrəvandakı nümayəndəsi Paşinyanın rəsmi Bakiya ünvanlanmış məlum bəyənatını bölüşmür. Üstəlik, erməni köçündə Azərbaycan tərəfindən hər hansı basqı və ya təzyiqin müşahidə edilmədiyini bildirir. Burada bir vacib məsələyə diqqət yetirmək gərəkdir. BMT-nin Qaçqınlar üzrə Komissarlığı BMT baş katibinə tabedir, onun qarşısında məsuldur. BMT-nin nizamnaməsinə görə, ona daxil olan üzvlük haqlarının 70 faizi ABŞ-ın üzərinə düşür. Pulu kim verirsə, musiqini də o sifariş edir ampluasından çıxış etdikdə Qaçqınlar üzrə Komissarlığın büdcə xərclərinin də əhəmiyyətli hissəsi ABŞ-ın payına düşür. ABŞ-ın Ermənistandakı satelliti Paşinyanın “etnik təmizləmə” ilə bağlı açıqlamasının fonunda Qaçqınlar üzrə Ali Komissarlığın İrəvan təmsilçisinin əslində daha çox Azərbaycanı qane edən açıqlaması, əlbəttə, ABŞ tərəfindən olan sifarişdir. ABŞ və Avropa İttifaqının Azərbaycanla bağlı son həftə apardıqları danışıqlarda BMT və ya beynəlxalq müşahidıçilərin Qarabağa yerləşdirilməsi ilə bağlı təklifinə rəsmi Bakının birbaşa olmasa da yox deməsi, münaqişənin mövcud olduğu bütün dövrdə ermənipərəst mövqeyi ilə seçilən Qərbi əlbəttə məyus edib. Regionun əsas dövləti olan Azərbaycanla bu və ya digər problemi çözmək qeyri-mümkün olduğundan, Qərb bu sayaq etirafi ilə bir növ rəsmi Bakının “könlünü”alır. Bəllidir ki, Qərb Azərbaycana ədalət və beynəlxalq hüquqdan kənar münasibət sərgilədikcə onun buradakı mövqeləri zəifləyir. Halbuki, bölgənin geopolitik baxımdan gələcək müqəddəratı ilə bağlı proseslərdə bu amil yetərincə əhəmiyyətli ola bilər. Qərbi narahat edən Prezident İlham Əliyevin xalqa son müraciətində Qərbə burada sülh naminə regiondakı proseslərdən kənarda qalmaqla bağlı təklifi oldu. Bu isə Azərbaycanın 3+3 formatında regional əməkdaşlığın tərəfdarı olması anlamına gəlir ki, bu da Rusiya, Türkiyə və İranın da maraqlarına cavab verir. Ərdoğanın, Ermənistan dəhlizin öz ərazisindən keçməsinə razı olmaycağı təqdirdə, onun İran ərazisindən keçirilə biləcəyi ilə bağlı dedikləri məhz tərəflərin 3+3 formatında əməkdaşlığa hazır olmalarından xəbər verir. Paşinyanın Ermənistanın ABŞ-ın nüfuz dairəsinə daxil edilməsi ilə bağlı siyasəti məhz regional əməkdaşlığa xələl gətirir. Regiona aidiyyəti olmayan 3-cü, məlum qüvvənin dairəyə daxil olmasını Rusiya və İrana, perspektivdə isə hətta Türkiyəyə təzyiqlərin gücləndirilməsini ehtiva edir. Bu təklif əslində anti-Qərb və Avrasiyaçılıq layihəsinin yanında olmaqdır. Bu mənada BMT-nin Qaçqinlar uzrə Ali Komissarının İrəvandakı təmsilçisinin bəyanati əslində “Troya atıdır”. Bununla belə, Azərbaycan iqtidarının reinteqrasiya siyasətinə marağın göstəricisi, habelə hazırkı mürəkkəb şəraitdə belə dövlətimizin tolerantlıq və humanizm mövqeyinin hətta bizi istəmiyənlər tərəfindən rəsmi şəkildə etirafıdır”.

araz.az xəbər portalı.

 

araz.az xəbər portalı.