Sədrəddin Soltan: “İran hakimiyyəti Ermənistanın yaxşı gününü özünə yaxşı, pis gününü isə pis bilir”
araz.az 525.az-a istinadən xəbər verir ki, İran Qızıl Aypara Cəmiyyəti Qarabağı tərk etmək qərarına gələn erməni sakinlər üçün Ermənistana 50 ton humanitar yardım göndərəcək.
Məlumata görə, gigiyena vasitələri, qida məhsulları, yorğan-döşək, geyim və istilik avadanlıqlarından ibarət olan yardım tezliklə Qırmızı Xaç vasitəsilə Ermənistan tərəfinə keçəcək. Bununla da İran Ermənistanla yaxın olduğunu bir daha açıq şəkildə nümayiş etdirir.
- “İranın Qarabağı tərk etmək qərarına gələn erməni sakinlər üçün Ermənistana 50 ton humanitar yardım etməsi Tehran hakimiyyətinin hansı mövqedə olduğunu göstərir”
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, İran Parlamentində təmsil olunan erməni deputatlar öz həmvətənlilərinə yardımla bağlı hakimiyyət qarşısında tələb irəli sürmüşdülər. İran tərəfi də Azərbaycandan könüllü olaraq Ermənistana gedən ermənilərə yardıma hazır olduğunu bəyan etmişdi: “İran bu yardımla Ermənistana arxa-dayaq durduğunu göstərir. Azərbaycanın inteqrasiya ilə bağlı təklifini İran tərəfi bugünə kimi təbliğ etməyib. Əksinə, Ermənistana dəstək olur. İran tərəfi daim münaqişəli, zidd məsələlərlə bağlı mövzularda aktual olur”.
Həmsöhbətimiz hesab edir ki, İranın Qarabağı tərk etmək qərarına gələn erməni sakinlər üçün Ermənistana 50 ton humanitar yardım etməsi Tehran hakimiyyətinin hansı mövqedə olduğunu göstərir: “Bu günlərdə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranda səfərdə olub və öz həmkarı ilə görüşüb. Görüş zamanı müzakirə olunan məsələlərdən biri də Qarabağdan könüllü olaraq Ermənistana köç edən ermənilərə yardımın göstərilməsidir. Bu yardım göstərir ki, İranla Ermənistan arasında münasibətlər bütün istiqamətlər üzrə həmişə kimi davam edir. İran hakimiyyəti Ermənistanın yaxşı gününü özünə yaxşı, pis gününü isə özünə pis bilir. Ola bilsin ki, İmam Xomeyni adına İmdad Xeyriyyə Cəmiyyəti Ermənistanda fəaliyyətini bərpa etsin”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.