“Bütün planet başa düşür ki, erməni xalqı Sünikdən (Zəngəzur) keçən dəhlizin açılması və Ermənistanın dövlətçiliyini itirməsi ilə nəticələnəcək “soyqırım” təhlükəsi ilə üz-üzədir”.
araz.az Ovqat.com-a istinadən xəbər verir ki, Fransanın Marsel şəhərində yerləşən Abovyan Kollecinin rəhbəri, yazar Karen Xurşudyan erməni mediasına açıqlamasında bildirib.
Erməni yazar deyib ki, bu gün Fransanın siyasi xadimləri, o cümlədən senatorlar və deputatlar Azərbaycana qarşı konkret tələblər irəli sürürlər və onlardan biri artıq reallaşıb: “Fransa Milli Məclisində Fransa-Azərbaycan parlament dostluq qrupu ləğv edilib. Ancaq bu hamısı deyil: Fransa-Türkiyə dostluq qrupunun dağılması barədə də çağırışlar səsləndirilir”.
Onun sözlərinə görə, Fransa senatorları və deputatları Fransa hökumətinə Azərbaycan rəhbərlərinin və onların yaxınlarının əmlakına qarşı sanksiyalar tətbiq edilməsi, onların aktivlərinin dondurulması barədə tələb irəli sürüblər.
“Neft-qaz sahəsində sanksiyalara gəlincə, onların tətbiqi üçün Almaniyaya da təsir etmək lazımdır ki, o, əvvəllər Avropa İttifaqı səviyyəsində bağlanmış müqavilədən çıxsın. Hazırda Azərbaycan qazının Avropaya tədarükünün dayandırılması mümkün deyil, çünki alternativ yoxdur. Bununla bağlı Aİ-də Azərbaycana dəstək verən bir çox ölkələr var. Ən azından Almaniya buna qarşı çıxmalıdır. Lakin bu, mümkün deyil”, – Xurşudyan vurğulayıb.
O, İrəvanı Azərbaycan rəhbərliyinə digər təsir mexanizmlərini axtarmağa çağırıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.