Separatçıların keçmiş “başçıları” Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın Qarabağı tərk edərək, Ermənistana getdiyi xəbərləri təkzib olunur.
araz.az xəbər verir ki, separatçıların Ermənistana getdiyi məlumatını “Sputnik Ermənistan” yaymışdı. Lakin Ermənistanın digər media resurslarında bu məlumat təkzib olundu.
“Aravot” nəşri mənbələrinə istinadən bu separatçıların Qarabağda qaldığını yazıb.
“Məlumatlar təsdiqini tapmadı, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Samvel Şahramanyan və onun yanında olanlar hələ də Qarabağda qalır. Əldə etdiyimiz məlumata görə, bu gün keçiriləcək görüşdə Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın taleyinin həll olunacağı gözlənilir”, – nəşr yazıb.
Qeyd edək ki, erməni sakinlərin nümayəndələri ilə növbəti görüşün bu gün Xankəndində keçiriləcəyi gözlənilir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.