neft bahalasma 0854
Citi analitikləri neftin qiymətinin gələn il 70 dollar səviyyələrinə düşəcəyini nəzərdə tuturlar.

Neft 2023-cü ilin 3-cü rübündə orta hesabla 28 faiz bahalaşıb. Lakin aparıcı qlobal banklardan biri olan Citi-nin analitikləri deyirlər ki, xam neftin bu yüksək səviyyədə qalacağını gözləməyin.

araz.az xəbər verir ki, bazar ertəsi ABŞ xam neftinin qiyməti 2 faizdən çox azalaraq 88,82 dollar/barel olub. Brent fyuçersləri bir barel üçün 90,71 dollar səviyyəsində bağlanıb.

Citi-nin qlobal əmtəə araşdırmalarının rəhbəri Ed Morse 2023-cü ilin 4-cü rübü üçün proqnoz qeydində yazıb: “Bizim neftə “ayı” baxışımız var və Brent-in dördüncü rübdə orta hesabla 82 dollar, 2024-cü ildə isə 74 dollar olacağını proqnozlaşdırırıq”.

Neft qiymətləri OPEC+-ın, həmçinin Səudiyyə Ərəbistanı və Rusiyanın ilin sonuna qədər hasilatlarını azaltmalarından sonra yüksəliş  trendində olub. Qiymətləri Rusiyanın ixrac məhdudiyyətləri də dəstəkləyib.

“Səudiyyə Ərəbistanının izafi nefti bazardan çıxarmaq istəyi, Rusiyanın ixrac məhdudiyyəti səviyyəsini qoruyub saxlaması, qısa müddətdə daha yüksək qiymətlərə işarə edir. Kakin digər ölkələrdə hasilatın daha sürətli artmasını nəzərə alsaq, 90 dollar qiyməti davam edə bilməyəcək”, – Morse və həmkarları qeyd ediblər.

Citi-nin analitikləri ABŞ, Braziliya, Kanada və Qayana kimi OPEC+ üzvü olmayan ölkələrdə hasilatın artdığını bildirir. Təhlilçilər həmçinin Venesuela və İrandan da ixracın artdığını qeyd edirlər. /Marja/

araz.az xəbər portalı.

araz.az xəbər portalı.