Suriya türk qoşunlarının öz ərazisində olmasını qeyri-qanuni hesab edir: Türkiyə hərbi kontingentini çıxarmalıdır, əks halda ölkələr arasında münasibətlərin normallaşması mümkün deyil.
araz.az xəbər verir ki, bu sözləri Suriya xarici işlər nazirinin müavini Bassam əs-Sabah bildirib.
“BMT Təhlükəsizlik Şurasının Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini tələb edən bir sıra qətnamələri var. Bundan başqa, Türkiyənin də bir hissəsi olduğu Astana formatı çərçivəsində oxşar bəyanatlar səslənib”, – nazir deyib.
“Türkiyə qoşunlarını geri çəkməlidir. Biz, əlbəttə ki, onlarla başqa aspektləri müzakirə etməyə hazırıq, lakin onlar qoşunların qalmasında israr etməməlidirlər. Bu, Türkiyə ilə hər cür əlaqə və münasibətlər qurmaq cəhdlərinin qarşısını alacaq”, – deyə əs-Sabah vurğulayıb. /KONKRET/
araz.az xəbər portalı.
araz.az xəbər portalı.