araz.az xəbər verir ki, Qarabağ separatçılarının keçmiş başçıları Bako Sahakyan və Arkadi Qukasyan saxlanılıb.
Bako Sahakyan və Arkadi Qukasyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Arkadi Qukasyan dosyesi:
Arkadi Qukasyan 22 iyun 1957-ci ildə Xankəndidə anadan olub. O, 8 sentyabr 1997-ci ildə “Qondarma Dağlıq Qarabağ” Respublikasının ikinci “prezident”i seçilib və 2002-ci ildə yenidən seçilib. Onun “preziden”tlik müddəti 7 sentyabr 2007-ci il tarixində başa çatıb.
1979-cu ildə İrəvan Dövlət Universitetinin dilçilik fakültəsini bitirib. İşçi karyerasına 1981-ci ildə baş redaktor müavini vəzifəsinə başladığı, “Sovet Dağlıq Qarabağ” qəzetinin müxbiri kimi çalışıb.
1991-ci ildə Arkadi Qukasyan Dağlıq Qarabağ Respublikasının ilk “parlament”inə “depuat” seçilib. 1992-ci ilin sentyabr ayında “Dövlət Müdafiə Komitəsi”nin sədri təyin olunub və ATƏT-in Azərbaycanla görüşləri zamanı “Dağlıq Qarabağ”ın “nümayəndə heyətləri”nə rəhbərlik edib.
1993-cü ildən “Dağlıq Qarabağın Təhlükəsizlik Şurası”na üzv olub. 1993-cü il iyulun 23-də “Dağlıq Qarabağ Respublikası”nın ilk “xarici işlər naziri” olub.
2000-ci ildə sui-qəsd cəhdindən sağ çıxıb.
Bako Sahakyanın dosyesi:
Bako Sahakyan 1960-cı ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri olan Xankəndidə doğulub. 1998-ci ildə Dağlıq Qarabağdakı separatçı hərəkata qoşulanadək muxtar vilayətdə müxtəlif vəzifələrdə çalışıb. 1990-cı ildə separatçıların Azərbaycana qarşı hərbi hərəkatına qoşulub. Həmin illərdə Saakyan separatçılar üçün xarici ölkələrdən qaçaqmalçılıq yolu ilə silah gətirilməsinə məsul idi. Bir sözlə, o, karyerasına belə başlayıb. Lakin bir müddət sonra onun pul mənimsədiyi üzə çıxıb və nəticədə bu “vəzifə”dən kənarlaşdırılıb.
Separatçıların lideri olan Sahakyan sadə insanların inamını pulla, yaxud onların borclarını bağlamaqla qazanıb, bununla da tanınıb.
Beləliklə, B.Saakyan Dağlıq Qarabağ regionunun legitim nümayədəsi kimi tanına bilməz. Çünki bu regionda yaşayan azərbaycanlılar 1988-1994-cü illərdə doğma evlərindən qovulub. 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamenti Ermənistana qoşulmağa səs verərkən belə, azərbaycanlılar bu prosesdən kənarda qoyulub. Nəticədə, parlametn orada yaşayan azərbaycanlıların razılığı olmadan, üstəlik Azərbaycan SSR-in Konstitusiyasına zidd olaraq, Azərbaycandan ayrılmaq haqda qərar çıxarıb. Müharibədən sonra isə Dağlıq Qarabağda müstəqilliklə bağlı qeyri-qanuni, Azərbaycan Konstitusiyasına zidd “referendum” keçirilib. Həmin vaxt artıq regionun azərbaycanlı əhalisi oradan qovulmuşdu.
Saakyan qondarma Dağlıq Qarabağ Respublikasının 3-cü “prezidenti” olub.
O, ilk dəfə 19 iyul 2007-ci ildə prezident seçilib. 19 iyul 2012-ci ildə ikinci dəfə beş il müddətində öz “vəzifə”sində qalıb.
Bako Sahakyan 2017-ci ildə keçirilən qondarma seçkilərdə yenidən seçilərək, 3 il müddətində bu “vəzifəni” icra edib.
30 ildən çox Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran rejimin işğalında qalıb.
Xatırladaq ki, Arkadi Qukasyan açıqlamalarının birində “Bakı bizim ordu barədə çox yaxşı məlumatlanıb və bilirlər ki, müharibə yenidən başlasa, Azərbaycan yeni ərazilər itirə bilər”, – deyə ifadələr səsləndirmişdi.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.