Fransanın Azərbaycana hərbi müdaxilə edəcəyini düşünmürəm.
araz.az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu “Franceinfo” radiosuna müsahibəsi zamanı jurnalistin “Fransa hərbi yolla (Cənubi Qafqazdakı prosesə – red.) müdaxilə edə bilərmi” sualını cavablandırarkən deyib.
“Bu suala respublika prezidenti və silahlı qüvvələrin rəhbəri cavab verməlidir. Bütün hallarda biz Ermənistandan gələn tələbləri nəzərə alırıq ki, bu ölkə özünü müdafiə edə bilsin”, – Lekornu bildirib.
Qeyd edək ki, Sebastyan Lekornu “Franceinfo” radiosuna müsahibəsində Fransanın Ermənistanın ehtiyaclarını öyrəndiyini və Prezident Emmanuel Makronun baş verənləri şəxsən izlədiyini demişdi.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.