Azərbaycanın tanınmış yerli şirkətlərindən biri olan “TAC” MMC-də sürücülər dünən işə çıxmaqdan imtina edib.
araz.az aztoday.az-a istinadən xəbər verir ki, 20-dən çox sürücü şirkət tərəfindən onların qanunsuz cərimələnməsindən narazı qalaraq işə çıxmayıb.
Qeyd edək ki, el arasında “Aquavita” adı ilə tanınan şirkətdə işçilərin əmək hüquqlarının kobud şəkildə pozulması halları ilə bağlı mediada dəfələrlə məlumatlar gedib.
Amma şirkət rəhbərliyi qanunları pozmaqda davam edir.
Sürücülər qanunsuz cərimələnmələrinin səbəbini mövsumun bitməsi ilə izah edirlər. Belə ki, payız və qış fəslində şirkətin satışı zəiflədiyi üçün rəhbərlik işçiləri kütləvi ixtisar etməklə xərclərini azaltmaq istəyir…
araz.az xəbər portalı.
araz.az xəbər portalı.