“Xankəndi, Əsgəran artilleriya, aviasiya zərbələrinə məruz qalanda Köçəryan, Sərkisyan, Balasanyan və s. kimi liderlərin hamısı gedib orada gizlənirdi. Onların o kənddə gizli yeraltı bunkerləri, tunelləri var idi. Xankəndindən oraya avtomobillə cəmi 9-10 dəqiqəlik yoldur…”
Xəbər verdiyimiz kimi, 31 il öncə – 1992-ci ilin fevralında Şuşa rayonun Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndlərinin 6500-dən çox sakininin mühasirədən çıxarılması, soyqırımından qurtulması üçün komandiri olduğu taborun döyüşçüləri ilə bərabər böyük qəhrəmanlıq göstərən tanınmış Qarabağ qazisi, ehtiyatda olan polkovnik Azay Kərimov Azərbaycan ordusunun separatçı-terrorçuları torpaqlarımızdan təmizləmək üçün keçirdiyi son əməliyyata da qatılıb və nəhayət, doğma kəndi Malıbəyliyə qovuşa bilib.
“Çox insanın ağlına gəlmir ki, orada belə bir kənd var… O vaxt, yəni 1990-1991-ci illərdə mən bir neçə dəfə həmin əraziyə girməyə cəhd göstərmişdim. Lakin buna nail ola bilməmişdim. Çünki orada yerli sakin çox az idi, əsasən Ermənistandan və xaricdən gətirilmiş idmançı görkəmli peşəkar yaraqlılar toplanmışdı o kəndə…”
araz.az bildirir ki, Moderator.az əməkdaşıyla söhbətində bunu söyləyən keçmiş kəşfiyyatçı zabit bu günlərdə həbs edilmiş separatçı liderlərdən başqa bir sıra digər terrorçu hayk komandirlərinin məhz barəsində danışdığı kənddə gizləndiklərini ehtimal edib.
“Kəndimizdə və Xankəndinə yaxın digər ərazilərdə olduğumuz müddətdə Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Vitali Balasanyan kimi separatçı liderlərin harada gizlənə biləcəyini də düşünürdüm. Belə qənaətə gəldim ki, çox güman, həmin separatçıbaşılar Əsgəranla Xankəndi arasında naqolay, dalda bir yerdə yerləşən, xəritəyə də düşməyən Həsənabad kəndində gizləniblər. Maraqlıydı ki, Şuşadan da, Ağdamdan da “Qrad” yaxud top atanda oraya çatmırdı. Çox insanın ağlına gəlmir ki, orada belə bir kənd var. Həsənabad Xocalı rayonuna aid bir məntəqədir. Ermənilər yaşayırdı orada. Kəndin yaxınlığında Ceyran gölü adlanan kiçik göl də var. Hələ 1991-1992-ci illərdə Xankəndi, Əsgəran artilleriya, aviasiya zərbələrinə məruz qalanda Köçəryan, Sərkisyan, Balasanyan və s. kimi liderlərin hamısı gedib orada gizlənirdi. Həsənabadda onların gizli yeraltı bunkerləri, tunelləri var idi. Xankəndindən oraya avtomobillə cəmi 9-10 dəqiqəlik yoldur. Lazım olanda tez gedib-qaydırdılar. . Lakin buna nail ola bilməmişdim. Çünki orada yerli sakin çox az idi, əsasən Ermənistandan və xaricdən gətirilmiş peşəkar yaraqlılar toplanmışdı Həsənabada… Onlar həbs ediləməmişdən belə düşünürdüm ki, bəlkə də separatçı-terrorçu rejimin keçmiş qondarma “prezident”ləri Araik, Bako, Arkadi, eləcə də Vitali və s. məhz dediyim kənddəki sığınacaqlarda gizlənirlər. Lakin, ola bilsin, əgər ordumuz həmin kəndi hələ nəzarətə götürməyib, həmin gizli sığınacaqları aşkarlamayıbsa, Vitali Balasanyanın da, digər terrorçu hayk komandirlərinin və s. məhz Həsənabadda gizləndiklərini ehtimal etmək olar ”,-deyə kəşfiyyatçı zabit diqqətə çatdırıb.
Sultan LAÇIN.
araz.az xəbər portalı.