Avropa Parlamenti Avropa İttifaqının (Aİ) Türkiyəyə zəlzələ ilə əlaqədar olaraq 400 milyon avro yardım göndərəcəyini təsdiqləyib.
araz.az xəbər verir ki, parlamentarilərin 593-ü təklifin lehinə, 11 nəfər isə əleyhinə səs verib. 22 parlamentari isə səs verməyib.
Qeyd edək ki, Avropa Parlamentinin müvafiq komitəsi layihəni sentyabrın 20-də təsdiqləyib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində 50 500 nəfər həlak olub. (Trend)
araz.az xəbər portalı.
araz.az xəbər portalı.