Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun “Duzdağ Otel” MMC “Duzdağ Estate” MMC-yə qoşulur.
araz.az olke.az-a istinadən xəbər verir ki, bununla da “Duzdağ Estate” MMC yenidən təşkil olunur.
Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun “Duzdağ Otel” MMC 06.08.2018 tarixində dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 17,5 mln manatdır. Hotelin hüquqi ünvanı AZ7000, Naxçıvan şəhəri, N.Əliyev, ev 1-dir.
Qeyd edək ki, “Nəqşicahan Holdinq”in əvvəlki sahibi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub. Bir müddət əvvəl holdinqin yerləşdiyi bina “Himal Holdinq”ə satılıb.
“Duzdağ Estate” MMC isə cari ilin aprel ayında dövlət qeydiyyatına alıb. Şirkətin nizamnamə kapitalı 2,5 milyon manat, hüquqi ünvanı Naxçıvan şəhəri, Duzdağ Massivi, qanuni təmsilçisi Hüseynov Fariz Hidayət oğludur.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.