eziz4.jpg

Bu gün Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli doğum gününü qeyd edir. Bu münasibətlə, onu təbrik edənlərin sayı da çoxdur. “Araz” Media Qrupunun kollektivi də, onların sırasındadır. Media kollektivi, ürəkdən gələn səmimi duyğulu sözlərdən ibarət təbrik də hazırlayıb. Həmin təbrikin mətnini, araz.az xəbər portalı olaraq, ictimaiyyətin və dəyərli oxucularımızın diqqətinə də çatdırırıq:

“Bu gün, Vətənin dəyərli oğlu və “Araz” ailəsinə yaxın gözəl bir insan olaraq, 63 yaşınızı qeyd edirsiniz. Elə, media kollektivimiz də, gözəl insani xüsusiyyətlərinizə görə, Sizi, doğum günü münasibəti ilə, səmimi qəlbdən təbrik edənlərin cərgəsinə qoşulub. Sözsüz ki, yaxşı bir insan olaraq, bu gün çox təbrik mesajları alacaqsınız və hamısı da, adınıza layiq, insani xüsusiyyətlərinizə uyğun ölçülüb, biçilmiş olacaq! Bizsə, oxuduğunuz bu təbrik mesajımıza başqa rəng qatmaq üçün çalışdıq. Digərlərindən fərqli oldumu, deyə bilmərik. Amma çox çalışdıq ki, bizim Sizə olan dərin hörmət-rəğbətimizi və böyük sevgimizi öz təbrik sözlərimizdəki gözəlliklərlə ortaya qoya bilək. Çünki, biz, bu gözəl gününüzdə, həm də bunların Sizə layiq olduğunu çatdırmalı idik. Yaxşı ki, bizim qəlbimizin dərinliklərindən gələn səmimi duyğulu bu təbrikimizə qoşulan yaxınlarımız da çox oldu. Bizə ruh verən bu birlik rahatlığı, yerində söyləyib, Sizə ünvanladığımız təbriklərimizə gözəl çalarlar da qatdı.

“Əzizimiz Əziz bəy, ad gününüz mübarək!” — deyib, Ulu Tanrı qarşısında istək və diləklərimizi səsləndirdik, neçə-neçə digər belə günlərinizi, ruh yüksəkliyi ilə, beləcə qeyd etməyi arzuladıq! Həm də ona görə ki, axı, Sizin kimi dəyərli Vətən övladı və gözəl bir insan üçün, 63 yaş nədir ki!.. Yüz yaşamaq, Ulu Tanrıdan Sizə ərmağan edilən haqqınızdır! Hər yeni gününüz öncəkindən daha gözəl olsun, arzu, istək və niyyətlərinizə uyğun, ən əsası, Sizi xoşbəxt edəcək, həyatınıza firavanlıq qatacaq, çətin işlərinizə böyük uğurlar gətirəcək şəkildə keçsin! Möhkəm cansağlıqlı uzun ömür, uğur, gülüş və təbəssüm dolu gözəl ailə həyatı bundan sonra da nəsibiniz olsun! Axı, həm də Böyük Allahımız belə sadaladığımız bu gözəllikləri Sizə çox yaraşdırıb! Bir də ki, Sizin özünüz bütün bunlara layiqsiniz!

Ad gününüz mübarək Vətənin dəyərli övladı, gözəl insan!

Dərin hörmət və səmimi duyğularla,

“Araz” Media Qrupu (araz.az xəbər portalı) kollektivi adından:
Hüseyn ƏZİZOĞLU,
təsisçi və Baş redaktor”.

araz.az xəbər portalı.