Ermənistanın Baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa ilə görüşdə bəyannamə imzalayıb.
araz.az xəbər verir ki, Paşinyan Azərbaycanın ərazisinin 86,6 min kvadratmetr olduğunu bəyan edib.
Həmin bəyannamənin mətni Aİ Şurası tərəfindən yayılıb.
“Tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar”, – deyə bəyannamədə bildirilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.