1538469904_qiz.jpg

Ötən gün vəzifəsindən azad edilən Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürovun qızı Aysel Şükürova atası haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

 

Demokrat.Az xəbər verir ki, o atası haqqında yazılan xəbərlərin şər, böhtandan başqa bir şey olmadığını bildirib.

 

“Mənim atam bu yerə fəhləliklə, öz savadı, gücü hesabına gəlib. O, kişi kimi insandı. Bəziləri kimi 5 arvad saxlamır. Evinə, ailəsinə bağlı adam olduğunu hər kəs bilir. Atam mənim fəxrimdir. Bizə vacib olan atamın can sağlığıdır. Heç kim onsuz da ölənə qədər işləmir. Mən atamı bilirəm o, heç kimin pulunu yeməz. Mənim atam alnı açıq, təmiz insandır. Hər yazılanla fikir verməyin”.

 

Xatırladaq ki, Ayselin toyuna 400 min pul xərclənmişdi. Q.Şükürov da həmin xəbərdən sonra tənqid edilmişdi. Aysel özü də toy xəbərindən sonra bloqqer kimi tanınmağa başladı

araz.az xəbər portalı.