Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının vaxtını müzakirə etmək üçün cümə günü İrəvana səfər edəcək.
araz.az xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbə məlumat verib.
“Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək. Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdan çıxarılmasının konkret tarixləri müzakirə olunacaq”, deyə mənbə bildirib.
Qeyd edək ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq 5 il müddətinə yerləşdirilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.